Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı
Çin Prezidenti Si Cinpin Rusiya rəhbərliyinə Ukrayna müharibəsi ilə bağlı sərt mesaj göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə Çin rəhbərliyinə yaxın olduğu iddia edilən mənbələr məlumat yayıb.
Məlumatlarda bildirilir ki, Pekin Moskvanın Ukrayna ərazisindən qoşunlarını mərhələli şəkildə çıxarmağa başlamasını istəyir. Eyni zamanda, Çinin Rusiyaya iqtisadi zəmanətlər verməyə və münaqişədən daha az itkilərlə çıxış yolu tapılmasına yardım etməyə hazır olduğu iddia olunur.
İddialara əsasən, Kreml bu təklifləri qəbul etməzsə, Çin Rusiyaya göstərdiyi iqtisadi və diplomatik dəstəyi əhəmiyyətli dərəcədə azalda bilər. Buraya neft alışları, texnologiya sahəsində əməkdaşlıq və beynəlxalq platformalarda siyasi dəstək də daxildir.
Əgər bu məlumatlar təsdiqlənərsə, bu, Çin rəhbərliyinin Ukrayna müharibəsinin mövcud formatda davamını artıq məqsədəuyğun hesab etmədiyinə dair ən ciddi siqnallardan biri kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, hazırda bu iddialar rəsmi şəkildə nə Çin, nə də Rusiya tərəfindən təsdiqlənməyib.
Türkan İsgəndərli