Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı
Ukrayna PUA-ları okkupasiya olunmuş Luqanskda neft bazasına zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna mediası və yerli teleqram kanalları məlumat yayıb.
Məlumata görə, iyunun 4-dən 5-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Luqansk şəhərində strateji əhəmiyyətli neft bazasına (neftebaza) zərbələr endirib.
Zərbə nəticəsində güclü partlayışlar baş verib, obyektdə böyük yanğın çıxıb.
Jalə Rövşən