NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı!
2026-cı il Stenli Kubokunun final seriyası NHL tarixində unikal hadisə ilə yadda qalıb.
TodayPress TV xəbər verir ki, NHL-in 108 illik tarixində ilk dəfə olaraq Stenli Kubokunun final seriyasının ilk iki oyunu görüş ərzində iki və ya daha çox şayba fərqi ilə geri düşən komandaların əzmkar qələbəsi ilə yekunlaşıb.
Stenli Kubokunun final seriyasının ikinci oyununda “Karolina Harrikeynz” doğma meydanda “Veqas Qolden Nayts” üzərində 4:3 hesablı əzmkar qələbə qazanıb. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb, qalib isə əlavə vaxtda müəyyənləşib.
Matçın gedişində Roli təmsilçisi 0:2 hesabı ilə geri düşsə də, oyunun son hissəsində dönüş edərək hesabı öz xeyrinə dəyişə bilib.
Xatırladaq ki, seriyanın ilk qarşılaşmasında “Veqas Qolden Nayts” da iki şayba fərqi ilə geridə olsa da, yekunda 5:4 hesablı qələbə qazanıb.
Bundan əvvəl liqa tarixində yalnız bir dəfə final seriyasının ilk iki oyununda geridönüş qeydə alınıb. 2014-cü ildə “Los-Anceles Kinqs” ilk iki oyunda “Nyu-York Reyncers” üzərində hesabda iki şayba geri düşməsinə baxmayaraq qalib gəlib. Həmin seriya “Kings”in 4:1 hesablı ümumi qələbəsi ilə başa çatıb.
Namiq HUN