Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır!
Avstriyada təlim-məşq toplanışını davam etdirən Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq.
TodayPress TV xəbər verir ki, millimiz Malta yığması ilə qarşılaşacaq.
Görüş Macarıstandakı “Haladaş” stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Avstriya toplanışı çərçivəsində ikinci yoxlama matçını iyunun 9-da San Marino yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, bu görüşlər Azərbaycan millisinin qarşıdakı rəsmi oyunlara hazırlıq proqramının bir hissəsidir.
Namiq HUN