Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi

Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi
05.06.2026 09:41 Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Qazaxıstan Respublikasının Qurultayı və onun deputatlarının statusu haqqında" Konstitusiya qanununu imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Yeni qanuna əsasən, ölkədə Qurultay adlanan birpalatalı parlament formalaşdırılır. Sənəd bu qurumun təşkili, fəaliyyət qaydaları, qanunvericilik prosesi və deputatların hüquqi statusunu tənzimləyir.

Yeni parlament korpusu partiya siyahıları üzrə seçilən 145 deputatdan ibarət olacaq. Deputatların səlahiyyət müddəti isə 5 il müəyyən edilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər