Jordi Alba: “Getmək üçün indi ən doğru zamandır”

Jordi Alba: “Getmək üçün indi ən doğru zamandır”
11.10.2025 11:00 İdman

“İnter Mayami” klubunun müdafiəçisi Jordi Alba cari mövsümün sonunda futbolçu karyerasını başa vurmaq qərarını şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

“Mən may ayında müqaviləni uzatmışdım, amma qərarı bundan xeyli əvvəl vermişdim - çox düşündüm, hər şeyi ölçüb-biçdim. Təxminən üç-dörd həftə əvvəl bu barədə həm klub, həm də yığmaya məlumat vermişəm. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm, lakin bu qərarın ən düzgün və ədalətli addım olduğuna inandım. Qərarı tamamilə özüm verdim, heç bir təzyiq olmayıb.

Hər bir insan fikrini dəyişə bilər. Mən başa düşdüm ki, artıq komandaya tam gücümlə kömək edə bilməyəcəyim bir vəziyyətə çatmışam. Belə halda getmək daha doğrudur. Hesab edirəm ki, indi bunun üçün ən münasib zamandır”, - Alba deyib. 

Qeyd edək ki, 36 yaşlı ispaniyalı futbolçu karyerasının böyük hissəsini “Barselona”da keçirib və klubun “qızıl dövrü”nün simalarından biri olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin! 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Bütün Xəbərlər