Prezident Slovakiya liderini Şuşada qarşıladı

Prezident Slovakiya liderini Şuşada qarşıladı
14.07.2026 10:08 Xarici siyasət

İyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub.

TodayPress TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport verdi.

Slovakiya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

TodayPress TV

FOTOLAR

Prezident Slovakiya liderini Şuşada qarşıladı — 1
Prezident Slovakiya liderini Şuşada qarşıladı — 2
Prezident Slovakiya liderini Şuşada qarşıladı — 3
Prezident Slovakiya liderini Şuşada qarşıladı — 4
Prezident Slovakiya liderini Şuşada qarşıladı — 5
Prezident Slovakiya liderini Şuşada qarşıladı — 6
Prezident Slovakiya liderini Şuşada qarşıladı — 7
Prezident Slovakiya liderini Şuşada qarşıladı — 8
Prezident Slovakiya liderini Şuşada qarşıladı — 9
XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər