Prezident NATO nümayəndə heyətini qəbul etdi

Prezident NATO nümayəndə heyətini qəbul etdi
06.11.2025 12:20 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

TodayPress TV xəbər verir ki, NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk dövlətimizin başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladı.

O, Azərbaycanın hazırkı inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha da gücləndiyini vurğuladı.

Qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdılar.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd etdi və əldə olunmuş razılaşmaların regionun inkişafı üçün geniş imkanlar açdığını dedi.

Prezident İlham Əliyev də öz növbəsində NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd etdi ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğuladı. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxundu.

Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı - torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd etdi ki, ordumuzun müasirləşdirilməsi prosesi bundan sonra da davam edəcək.

Dövlətimizin başçısı NATO nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına ümidvarlığını bildirdi.

Söhbət zamanı Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğu vurğulandı, Silahlı Qüvvələrimizin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək qiymətləndirildi, sülhməramlılarımızın Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olduğu qeyd edildi.

Azərbaycanın alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə toxunuldu, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində ölkəmizin 1994-cü ildən alyansın proqramlarında fəal iştirak etdiyi bildirildi.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olundu, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparıldı.

XƏBƏR LENTİ
01 IYUN 2026
Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Bütün Xəbərlər