Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır
Qubada 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın ölümü ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 14-də Səbinə Əmrahova ev şəraitində ona antibiotik preparatının inyeksiya edilməsindən sonra səhhəti pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilib, iyulun 15-də isə müalicə aldığı xəstəxanada özü və bətnindəki döl ölüb.
Hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərarın qəbul edilməsi təmin olunacaq.