İran husilərə strateji boğazı bağlamağı tapşırıb - SƏBƏB
İran enerji infrastrukturuna hücum olacağı təqdirdə, Yəməndə husilərə Bab əl-Məndəb boğazını bağlamağı tapşırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
İran rəhbərliyi daxilində bu məsələ müzakirə olunub və husilərə çatdırılıb.
İranın bu mesajı husilərə ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturunu vurmaqla hədələməsindən sonra və ya əvvəl çatdırdığı məlum deyil.
Husilərə yaxın bir mənbə isə Bab əl-Məndəb boğazı ətrafına raket və dronlar yerləşdirildiyini, boğazın bağlanması üçün hazırlıqların tamamlandığını və əmr gözlənildiyini bildirib.
Nicat Osmanlı