Rusiyada miqrantlar üçün yeni qayda: Mobil telefonla izlənəcəklər
Rusiya Daxili İşlər Nazirinin müavini İqor Zubov bildirib ki, ölkəyə daxil olan miqrantlar üçün yeni rəqəmsal nəzarət sistemi tətbiq olunacaq.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, miqrantlar elektron profillərlə əlaqələndirilmiş, izlənilə bilən mobil telefonlardan istifadə edəcəklər.
Bu sistem vasitəsilə onların olduğu yer real vaxt rejimində izlənə biləcək.
Yeni təşəbbüs Kremlin miqrasiya siyasətini daha da sərtləşdirmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir.
Türkan İsgəndərli