"The Telegraph": Husilər Bab əl-Məndəb boğazını bağlamağa hazırlaşırlar

"The Telegraph": Husilər Bab əl-Məndəb boğazını bağlamağa hazırlaşırlar
16.07.2026 13:03 Dünya

Husilər Bab əl-Məndəb boğazını bağlamağa hazırlaşırlar.

TodayPress TV xəbər verir ki, "The Telegraph" nəşrinin məlumatına görə, Yəməndə fəaliyyət göstərən husilər qlobal dəniz ticarətinin əsas marşrutlarından biri hesab olunan Bab əl-Məndəb boğazını bağlamağa hazırlaşırlar.

Nəşrin iddiasına əsasən, boğazın bağlanacağı təqdirdə yük gəmiləri marşrutlarını dəyişərək Afrika qitəsini dövrə vurmağa məcbur olacaqlar. Bildirilir ki, bu ssenari İranın Hörmüz boğazı ilə bağlı yanaşmasına bənzəyir.

Məlumata görə, husilər hələlik hərbi əməliyyatlara başlamayıblar və ABŞ ilə onun müttəfiqlərinə qarşı İranın daha geniş təzyiq strategiyası çərçivəsində uyğun vaxtı gözləyirlər.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər