İran və ABŞ arasında maliyyə sövdələşməsi: Dondurulmuş aktivlərin azad edilməsi planı açıqlandı
İran üçün dondurulmuş 3 milyard dollarlıq aktivlərin mərhələli şəkildə azad edilməsi ilə bağlı ilkin razılığın əldə olunduğu bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, İran ABŞ ilə aparılan danışıqların hər mərhələsinin dondurulmuş 3 milyard dollarlıq aktivlərin mərhələli şəkildə sərbəst buraxılması ilə müşayiət olunmasını əsas şərt kimi irəli sürüb.
Bildirilib ki, tərəflər arasında bu məsələ ilə bağlı ilkin razılıq əldə olunub. Rəsmi qurumlar isə hələlik məlumatı şərh etməyiblər.
Nicat Osmanlı