Amerika gecə bombardmanı ilə SEPAH-ın baş qərargahını yer üzündən sildi

Amerika gecə bombardmanı ilə SEPAH-ın baş qərargahını  yer üzündən sildi
16.07.2026 11:07 Dünya

ABŞ ordusu SEPAH-ın əsas qərargahına genişmiqyaslı hava zərbəsi endirib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, İranın hava qüvvələrinin idarə olunduğu əsas komanda mərkəzi tamamilə dağıdılıb.

Hücumun gücü nəticəsində təkcə hərbi obyekt deyil, onun ətrafında yerləşən binalar da ciddi dağıntılara məruz qalıb. Bölgədə çoxsaylı tikililər dağılıb, infrastruktur zədələnib.

ABŞ-nin  zərbələrindən sonra ərazidə genişmiqyaslı və nəzarətsiz yanğın başlayıb. Yanğının davam etdiyi, xilasedici xidmətlərin alovu nəzarət altına almağa çalışdığı bildirilir.

Hadisə nəticəsində ölən və yaralananların sayı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ABŞ və İran rəsmiləri hücumun nəticələri ilə bağlı rəsmi məlumat yaymayıblar.

Jalə Rövşən 


XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər