Çin əsəbiləşdi: İrana verdiyi son üç HHM-i ABŞ vurdu

Çin əsəbiləşdi: İrana verdiyi son üç HHM-i ABŞ  vurdu
16.07.2026 16:45 Dünya

HQ-9B sistemlərinin məhv edilməsi Pekini narahat edir.

TodayPress TV insayderlərə istinadən xəbər verir ki, Çin, davam edən müharibədə ən çox reklam edilən hərbi texnikasının zəif performansı ilə bağlı xəbərlərin sızmasından sonra İrana  narazılığını bildirib. 

Qeyd edək ki, Pekin İrana üç ədəd "HQ-9B" hava hücumundan müdafiə sistemi göndərmişdi.

İddialara əsasən, bu sistemlər ABŞ qüvvələri tərəfindən məhv edilib.

Bildirilir ki, Çin bu hadisənin və onun geniş şəkildə ictimailəşdirilməsinin ölkənin beynəlxalq silah bazarındakı nüfuzuna və gələcək silah ixracına mənfi təsir göstərə biləcəyindən narahatdır.

Qeyd edək ki,  rəsmi Pekin, Tehran və ya Vaşinqton məlumatı təsdiqləməyib. 

Jalə  Rövşən 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər