Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi?

Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi?
17.08.2026 20:00 Xarici siyasət

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus ilə görüşdə regional hadisələri və tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə litvalı diplomat sosial şəbəkələrdə bildirib.

"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla yaxşı görüşümüz keçdi. Regional hadisələr və Litva ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolları ətrafında səmimi və məzmunlu fikir mübadiləsi aparıldı", - səfir qeyd edib.

Diplomat, həmçinin görüşü "yay fasiləsindən sonra yeni mövsümün yaxşı başlanğıcı" adlandırıb.

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər