Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başladı
Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
TodayPress TV xəbər verir ki, əvvəl nazirlər təkbətək formatda görüşüblər.
Daha sonra nazirlər ikitərəfli, nümayəndə həyətləri ilə birgə danışıqlar aparacaqlar.
Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və gündəmdə duran aktual məsələlərinin müzakirə olunacağı planlaşdırılıb.
Nazirlərin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.