Paşinyan rus dilindən imtina etdi
Ermənistan Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammitində erməni dilində çıxış edib.
TodayPress TV xəbər verir ki, Nikol Paşinyan sammitdə rus dilindən istifadə etməyən yeganə MDB ölkəsi lideri olub.
Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan və Özbəkistan nümayəndələri isə çıxışlarını rus dilində ediblər.
Rusiyanın bir sıra xəbər saytları Paşinyanın bu addımını “rus dilini unutdu” ifadəsi ilə tirajlayıblar.
Qeyd edək ki, ŞƏT sammiti 31 avqust–1 sentyabr tarixlərində Bişkekdə keçirilir.
Jalə Rövşən
Ermənistan Baş naziri Nikol Paşinyan
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)
Rus dili
Erməni dili
Bişkek
Jalə Rövşən
Todaypress.tv