Ev Qran-prisində şok start! Antonelli mövqeləri geri qazanmalıdır

Ev Qran-prisində şok start! Antonelli mövqeləri geri qazanmalıdır
01.09.2026 16:04 İdman

“Mercedes” komandasının rəhbəri Toto Volf İtaliya Qran-prisində sonuncu yerdən start götürəcək Andrea Kimi Antonelli ilə bağlı gözləntilərini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Mercedes”in mətbuat xidməti məlumat yayıb. 

Volf sentyabrın 4–6-da Monzada keçiriləcək Qran-pri öncəsi komandanın qarşısında duran əsas vəzifəni açıqlayıb.

“Kimi əlavə güc qurğusuna görə cərimə alıb və starta sondan qatılacaq. Bu, onun və ev yarışında liderlik uğrunda mübarizə aparmasını görmək istəyən azarkeşlər üçün məyusedicidir. Lakin bizim idmanımız sentimental yanaşmanı mükafatlandırmır. Bəzən qısamüddətli perspektivdə verilən qərarların əvəzini ödəməli olursunuz. İndi vəzifə sadədir – mümkün qədər çox mövqe qazanmaq və mümkün qədər çox xal toplamaqdır”, – deyə Volf bildirib.

“Mercedes” rəhbəri digər pilotu Corc Rasselin də Zandvoort mərhələsindən sonra yaxşı temp topladığını və həftəsonunun ilk günündən mübarizəyə qoşulmağa hazır olduğunu vurğulayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər