“Mançester Siti” Fernandes transferini bitirməyə yaxındır!

“Mançester Siti” Fernandes transferini bitirməyə yaxındır!
01.09.2026 15:53 İdman

“Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enso Fernandes “Mançester Siti”yə keçidi rəsmiləşdirmək üçün yaxın saatlarda Mançesterə yollanacaq.

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marsio “X” sosial şəbəkəsində məlumat yayıb.

Daha əvvəl London təmsilçisinin Fernandesin transferi üçün 140 milyon avro tələb etdiyi bildirilib.

Enso Fernandes 2023-cü ilin yanvarından “Çelsi”nin formasını geyinir. 25 yaşlı futbolçunun klubla müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalında yarımmüdafiəçinin bazar dəyəri 100 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər