Avropa ordularında “boşluqlar” aşkarlandı: Aİ və NATO xüsusi qrup yaradır

Avropa ordularında “boşluqlar” aşkarlandı: Aİ və NATO xüsusi qrup yaradır
02.09.2026 00:38 Dünya

Avropa İttifaqı (Aİ) və NATO Kiyevin iştirakı ilə Avropa ölkələrinin silahlı qüvvələrindəki çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyələr üçün yüksək səviyyəli ekspert qrupu yaradacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İrlandiyada Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşünün yekunları üzrə bildirib.

“Gələn həftə yüksək səviyyəli qrupun fəaliyyətə başlaması ilə bağlı mərasim keçirəcəyik. Hələlik bütün adları açıqlaya bilmirik. Aİ ölkələrinin əksəriyyəti eyni zamanda NATO üzvüdür. Adi silahlı qüvvələrimizdə boşluqlar var, buna görə də Aİ və NATO birlikdə çalışmalıdır.

Biz kifayət qədər sürətlə hərəkət etmirik, lakin təhdid səviyyəsi artır. Buna görə də ən qısa müddətdə Avropada mövcud hərbi çatışmazlıqları necə aradan qaldıra biləcəyimiz sualına cavab vermələri üçün ən parlaq beyinləri cəlb etmək istəyirik. Ukraynanı bu qrupa daxil edəcəyik”, - deyə Kallas qeyd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər