“Rusiya səması uçuşlar üçün təhlükəlidir” - XƏBƏRDARLIQ
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın hava məkanından istifadə edən beynəlxalq aviaşirkətləri ehtiyatlı olmağa çağırıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, Rusiya hava məkanı getdikcə daha təhlükəli olur. O, aviaşirkətləri, sığorta şirkətlərini və Rusiyanın əsas hava limanlarından istifadə edənləri bu təhlükəni nəzərə almağa çağırıb.
“Bu gün Rusiya hava məkanından istifadə edən hər bir aviaşirkətə, hər bir sığortaçıya və Rusiyanın əsas hava limanlarından istifadə etməyə davam edən hər kəsə xəbərdarlıq etmək istəyirik: Rusiya səması tamamilə təhlükəsizliyini itirir”, - Zelenski deyib.
Ukrayna lideri vurğulayıb ki, Kiyev mülki aviasiyanı hədəf almaq niyyətində deyil.
“Sadəcə, Rusiya səmasında o qədər çox dron olacaq ki, bununla hesablaşmaq lazımdır. Biz Ukraynada günahsız insanların ölməsini istəmirik. Buna görə tərəfdaşlarımızı xəbərdar edirik: Rusiya səmasında təhlükəsiz məqamlar bitib. Dronların arasında mülki aviasiyaya yer yoxdur”, - Zelenski bildirib.
Kübra Musayeva