Putinlə Paşinyanın seçkidən sonra ilk görüşü: Nələr danışıldı? - VİDEO
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirir.
TodayPress TV xəbər verir ki, Putin görüş zamanı Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəyinin ölkənin qanuni hüququ olduğunu bildirib. Bununla belə, Rusiya lideri bu məsələnin, o cümlədən Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyü ilə əlaqədar müəyyən çətinliklər yaratdığını qeyd edib.
Putinin sözlərinə görə, Ermənistan Aİ-yə üzvlüklə bağlı nə qədər tez qərar versə, bir o qədər yaxşıdır. O bildirib ki, Moskva bundan sonra Rusiya-Ermənistan münasibətlərini necə inkişaf etdirəcəyini anlamalıdır.
Kübra Musayeva