ABŞ səfirliyindən İsraildə yaşayan amerikalılara TƏCİLİ xəbərdarlıq
ABŞ-nin Qüdsdəki səfirliyi təhlükəsizliklə bağlı yeni xəbərdarlıq yayıb.
TodayPress TV xəbər verir ki, səfirlik Yaxın Şərqdə vəziyyətin gərginləşə biləcəyi ilə əlaqədar bölgədəki ABŞ vətəndaşlarını “artan sayıqlıq nümayiş etdirməyə” çağırıb.
Xəbərdarlıqda mümkün eskalasiya, uçuşların ləğvi və hava məkanlarının bağlanması risklərinə diqqət çəkilib. Həmçinin İran və onun müttəfiq qruplarının xaricdə ABŞ-nin maraqlarına qarşı hücumlar həyata keçirə biləcəyi bildirilib.
Bununla belə, açıqlamanın təxliyə əmri olmadığı vurğulanıb. İsrail üçün səyahət xəbərdarlığının səviyyəsi dəyişməyib və ölkə hələ də 3-cü səviyyədə - “Səfəri yenidən nəzərdən keçirin” kateqoriyasındadır.
Qeyd olunub ki, bu xəbərdarlıq avqustun 1-də yayılan və amerikalılara İsraili tərk etməyi nəzərdən keçirməyi tövsiyə edən xəbərdarlıqdan daha yumşaqdır.
Səfirlik ABŞ vətəndaşlarına İsrail ordusunun “Home Front Command” tətbiqini yükləməyi, ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyənləşdirməyi, zəruri ehtiyatları hazır saxlamağı və uçuşlarla bağlı məlumatları birbaşa aviaşirkətlərdən dəqiqləşdirməyi tövsiyə edib.
Kübra Musayeva