Ərdoğan Rusiya-Türkiyə münasibətlərindən danışdı: "Tarixdəki istənilən dövrdən daha yüksəkdir"
Rusiya və Türkiyə arasındakı münasibətlər hazırda ən yüksək səviyyədədir.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb.
“Türkiyə-Rusiya münasibətləri hazırda tarixdəki istənilən digər dövrlə müqayisədə daha yüksək səviyyədədir. Rusiya turistlərinin Türkiyə üçün əhəmiyyəti böyük və çoxşaxəlidir. Bu gün Antalyaya turist axınının ən mühüm tərkib hissələrindən biri Rusiyadan gələn qonaqlardır”, - deyə Ərdoğan qeyd edib.
Lider əlavə edib ki, iki ölkənin kənd təsərrüfatı, energetika və digər sahələrdə möhkəm tərəfdaşlıq münasibətləri var.
Aysel Mətləb