Sürücülərə ŞAD XƏBƏR! Bu küçələrdə təmir bitdi

Sürücülərə ŞAD XƏBƏR! Bu küçələrdə təmir bitdi
01.09.2026 19:49 Sosial

Bakı şəhərində 46 küçədə təmir işləri yekunlaşdırılıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin bütün rayonlarını əhatə edən genişmiqyaslı təmir proqramı icra olunur. Proqram çərçivəsində 111 küçə və prospektin təmiri nəzərdə tutulub.

Artıq 46 küçədə işlər yekunlaşıb, ümumilikdə 32 kilometr uzunluğunda yol yenilənib. Hazırda 20 küçədə təmir işləri davam etdirilir.

Proqrama daxil olan digər küçə və prospektlərdə də işlər mərhələli şəkildə həyata keçiriləcək.

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər