Ukraynanın "Patriot" raketləri üçün ümidləri puça çıxdı
Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə nazirləri Ukrayna üçün “Patriot” raketləri axtarışında heç bir irəliləyişə nail olmayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə İrlandiyada keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair mətbuat konfransında Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas danışıb.
Onun sözlərinə görə, görüşdə yalnız çağırışlar və müzakirələrlə kifayətləniblər:
"Patriot" raketlərinə gəlincə, xeyr, bu gün heç bir konkret qərara nail olmadıq. Lakin bu raketlərlə bağlı çağırışlar və müzakirələr oldu və onlar davam edəcək. Təəssüf ki, bu gün heç bir irəliləyiş olmadı".
Aysel Mətləb