“Kəpəz”dən sürpriz transfer – Kosovo millisinin sabiq üzvü gəldi!

“Kəpəz”dən sürpriz transfer – Kosovo millisinin sabiq üzvü gəldi!
01.09.2026 16:26 İdman

“Kəpəz” klubu Kosovo millisinin müdafiəçisi David Domgjoni ilə anlaşıb.

TodayPress TV “Sport24.az”a istinadən xəbər verir ki, Gəncə təmsilçisi 29 yaşlı futbolçu ilə müqavilə imzalayıb.

Peşəkar karyerasına Albaniyanın “Tirana” klubunda başlayan Domgjoni daha sonra “Kastrioti”, “Laçi”, “Lütsern”, “Manisa”, “Tobol” və “Partizani Tirana” komandalarında çıxış edib.

Qeyd edək ki, David Domgjoninin son klubu İsrailin “Hapoel” (Yerusəlim) komandası olub. Müdafiəçi karyerası ərzində Kosovo millisinin formasını 3 dəfə geyinib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər