12 mərhələ, iki çempionluq və möhtəşəm nəticə: “Neftçi SOCAR” ikinci!
FIBA 3x3 Qadınlar Seriyasının (Women Series) 2026-cı il mövsümünün yekun sıralaması açıqlanıb.
TodayPress TV xəbər verir ki, “Neftçi SOCAR” klubu mövsümün ikinci ən güclü komandası olub.
Təmsilçimiz mövsümü 672 xalla ikinci pillədə başa vurub.
Sıralamaya 715 xal toplayan Niderland millisi başçılıq edir. İlk üçlüyü isə 665 xalla Monqolustanın “Ulaanbaatar Amazons” komandası tamamlayır.
Qeyd edək ki, il ərzində 12 mərhələdə mübarizə aparan “Neftçi SOCAR” basketbolçuları “Orlean” və “Marsel” mərhələlərinin qalibi olublar.
Namiq HUN