İran millətçiləri Pezeşkiana savaş açdı: Əliyevlə niyə Azərbaycan dilində danışıb?

İran millətçiləri Pezeşkiana savaş açdı: Əliyevlə niyə Azərbaycan dilində danışıb?
01.09.2026 14:53 Xarici siyasət

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə Bişkekdə  görüşü zamanı  səmimi dialoqu və Azərbaycan dilində danışması İranda millətçi çevrələrin narazılığına səbəb olub.

TodayPress TV xəbər verir ki, iranlı siyasi analitik Ehsan Movahedian "X" hesabında görüşdən yayılan görüntülərə diqqət çəkərək, tərcüməçinin iki prezidentin arasında deyil, İranın xarici işlər naziri Abbas Əraqçinin yanında və nisbətən uzaq məsafədə oturduğunu bildirib.

O, İlham Əliyev və Pezeşkianın görüş zamanı Azərbaycan dilində söhbət ediklərini vurğulayıb. 

Movahedian İranın rəsmi dilinin fars dili olduğunu xatırladaraq, danışıqların bu dildə aparılmasının vacib olduğunu hesab etdiyini deyib. O, Pezeşkianın bu məsələyə riayət edib-etmədiyinin araşdırılmasını və əks halda məsuliyyət məsələsinə baxılmasını tələb edib.

Analitik, Pezeşkianın söhbət zamanı “Protokolu boş ver, baba” ifadəsini işlətməsinin də düzgün olmadığını əlavə edib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər