MMA dünyasında böyük mübahisə: Mahaçov Həbibi geridə qoydu?

MMA dünyasında böyük mübahisə: Mahaçov Həbibi geridə qoydu?
01.09.2026 14:28 İdman

ACA çempionu Alihan Vaxayev iki çəki dərəcəsində UFC çempionu olan həmyerlisi İslam Mahaçovun nailiyyətlərini dəyərləndirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Sila Sporta”ya açıqlamasında bildirib.

Vaxayev hesab edir ki, Mahaçov karyera göstəricilərinə görə artıq Həbib Nurməhəmmədovdan üstün qiymətləndirilə bilər.

“Hazırda Mahaçovu Həbibdən üstün tutmaq olar. Onun iki divizionda iki kəməri var. Yeganə mənfi məqam aktivində məğlubiyyətinin olmasıdır. Amma İslamın nailiyyətlərinə görə artıq Nurməhəmmədovdan üstün tutulması mümkündür”, – deyə Vaxayev bildirib.

Qeyd edək ki, 34 yaşlı İslam Mahaçov Dağıstanın yetirməsidir. O, döyüş sambosu üzrə Rusiya və dünya çempionu olub. 2010-cu ildən MMA qaydaları ilə döyüşən Mahaçov 2015-ci ildə UFC-də debüt edib. İslam, 2022-ci ildə yüngül çəki (70 kq-a qədər) üzrə UFC çempionu olub və titulunu dörd dəfə qoruyub. 2025-ci ildə isə yarımorta çəki divizionunda da UFC çempionluğunu qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər