Alvaresdən gözlənilməz qərar: bütün təklifləri rədd etdi

Alvaresdən gözlənilməz qərar: bütün təklifləri rədd etdi
01.09.2026 14:35 İdman

Madridin “Atletiko” klubunun hücumçusu Xulian Alvares gələcəyi ilə bağlı qərarını verib.

TodayPress TV xəbər verir ki, insayder Belen Sançes Qarsiyanın məlumatına görə, argentinalı futbolçu “Atletiko”da qalacaq.

Bildirilir ki, Alvares “Arsenal”ın təklifini rədd edib və digər klubların da bəzi təkliflərini qəbul etməyib. 

Daha əvvəl argentinalı hücumçu “Atletiko”dan ayrılaraq “Barselona”ya keçmək istədiyini bildirmişdi. Lakin “hindular” Kataloniya təmsilçisi ilə danışıqlar aparmaqdan imtina etmişdi.

Qeyd edək ki, ötən mövsüm Alvares “Atletiko”nun heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Daha əvvəl futbolçunun bu yay “Atletiko”dan ayrıla bilməyəcəyi ilə barışdığı və komandanın digər üzvləri ilə birlikdə məşqlərə qayıtdığı bildirilmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər