Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi

Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi
28.07.2026 17:55 Xarici siyasət

Xarici işlər naziri Ceyhun Bayramov iyulun 28-də Almaniyanın Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfir Dirk Lölke etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-kommunikasiya, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya son səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduğu, İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının vacibliyi, mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

TodayPress TV

FOTOLAR

Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi — 1
Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi — 2
Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi — 3
XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər