Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi

Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi
19.08.2026 14:20 Xarici siyasət

Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə etimadnaməsini təqdim edib.

TodayPress TV xəbər verir ki, Akordaya istinadən xəbər verir ki, diplomat etimadnaməsini dövlət başçısına Astanada, Müstəqillik Sarayında keçirilən mərasimdə təqdim edib.

Azərbaycan səfirindən başqa, Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiya səfirləri də etimadnamələrini təqdim ediblər.

Salamlama nitqində Tokayev Qazaxıstanın sülhsevər xarici siyasət kursuna sadiq olduğunu qeyd edib və ölkənin sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək səyini vurğulayıb.

Sonda dövlət başçısı Qazaxıstanın təmsil olunan ölkələrlə münasibətlərin daha da möhkəmləndirilməsində və çoxşaxəli əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 28-də Qazaxıstandakı səfiri dəyişib. Ondan əvvəl bu vəzifəni Ağalar Atamoğlanov tuturdu. Ə.Əsgərov isə daha əvvəl Azərbaycanın Tacikistandakı diplomatik missiyasına rəhbərlik edirdi.

TodayPress TV

FOTOLAR

Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi — 1
Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi — 2
XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər