Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi

Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi
10.08.2026 13:34 Xarici siyasət

Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər