Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi

Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi
10.08.2026 21:28 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Kolumbiyada baş vermiş zəlzələ nəticəsində insanların həlak olması və dağıntıların meydana gəlməsi bizi dərindən kədərləndirib. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda Kolumbiya xalqının yanındayıq", - deyə paylaşımda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər