Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər

Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər
12.08.2026 22:41 Xarici siyasət

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və Tacikistanın Özbəkistandakı səfiri Nəsrəddin İsmətullo Daşkənddə keçirilən görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Rəşad Məmmədov "X" sosial şəbəkəsində bildirib.

"Görüş zamanı Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Özbəkistanda diplomatik fəaliyyət çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Tərəflər regional əməkdaşlığın genişləndirilməsi məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar", - deyə məlumatda bildirilib.

İki ölkənin səfirlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə və təcrübə mübadiləsinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər