UEFA-dan klublara növbəti dəstək

UEFA-dan klublara növbəti dəstək
22.05.2025 12:07 UEFA

UEFA 2024-2028-ci illərdə milli komandalara futbolçu göndərən klublara ümumilikdə 244 milyon avro paylayacaq.   

TodayPress TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İspaniyanın Bilbao şəhərində keçirilən iclasında qəbul olunub. 

Müvafiq məbləğ Avropa Klublar Assosiasiyası (ECA) ilə qarşılıqlı razılaşma əsasında ayrılıb. 

Əslində vəsaitin həcmi 240 milyon avro olmalı idi. Lakin əvvəlki seçmə tsiklin bölgüsündən 7 milyon avro da qalıb.

Vəsaitin 3 milyon avrosu ECA-nın təklifi əsasında qadınlar arasında 2025-ci il Avropa çempionatında futbolçu ilə təmsil olunan klublar üçün güzəşt proqramındakı 6 milyon avroluq vəsaitə əlavə ediləcək.

Nəticədə qadın futboluna ayrılan həmin məbləğ 9 milyon avroya çatdırılacaq. 

Qalan 4 milyon avro isə 240 milyon avroya əlavə olunacaq. 

Qeyd edək ki, 244 milyon avroluq yekun məbləğin 104 milyon avrosu UEFA Millətlər Liqasında 2024/25 və 2026/27 mövsümlərindəki oyunları, eləcə də 2026 - 2028-ci illərdə keçiriləcək seçmə matçları əhatə edəcək.

140 milyon avroluq hissə isə AVRO-2028-ə futbolçu göndərən klublar arasında bölüşdürüləcək.   

Namiq HUN

XƏBƏR LENTİ
01 IYUN 2026
Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Bütün Xəbərlər