İlham Əliyev Donald Trampa təşəkkür etdi

İlham Əliyev Donald Trampa təşəkkür etdi
16.07.2026 18:54 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

TodayPress TV xəbər verir ki, bu barədə İlham Əliyev “X” sosial şəbəkə hesabında paylaşım edib.

Dövlət başçısı bildirib ki, Şuşa Qlobal Media Forumundakı çıxışından fikirlərini paylaşdığı üçün Donald Trampa minnətdardır.

Prezident İlham Əliyev, həmçinin Vaşinqtonda keçirilmiş tarixi Zirvə Toplantısının birinci ildönümünə az müddət qaldığını xatırladaraq, Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi dəstəyə görə ABŞ Prezidentinə bir daha təşəkkürünü ifadə edib.

“Liderliyiniz bölgəmizi sülhə, sabitliyə və rifaha yaxınlaşdırmağa tarixi töhfə verib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər