Zelenski-Putin görüşü bu ölkədə keçirilə bilər

Zelenski-Putin görüşü bu ölkədə keçirilə bilər
16.07.2026 19:45 Dünya

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Prezident Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün Türkiyədə keçirilə biləcəyini istisna etməyib.

TodayPress TV xəbər verir ki, nazir Ankaranın beynəlxalq diplomatiyada mühüm mərkəzlərdən birinə çevrildiyini və müharibənin əvvəlində “taxıl dəhlizi”nin yaradılmasında oynadığı rolu yüksək qiymətləndirib.

Sibiqa bildirib ki, Türkiyənin uğurlu vasitəçilik təcrübəsini nəzərə alaraq Ankara dövlət başçılarının mümkün görüşü üçün ən uyğun məkanlardan biri hesab olunur.

Nazir əlavə edib ki, Kiyev bu ehtimala maraqla yanaşır və Türkiyə tərəfinin belə məsuliyyətli təşkilati missiyanı üzərinə götürməyə hazır olmasını yüksək qiymətləndirir.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər