"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazandı
"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2
Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.
Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.
Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda 7-ci qol vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 5:2.
Əlavə vaxtda, 115-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda altıncı qol vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 4:2.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina fərqlənib.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əlavə vaxt oynanılır.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi hazırda hesabda öndədir - 3:2.
İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əsas vaxt başa çatıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib - 3:2.
Tellur Mütəllimov adını tabloya yazdırıb.
İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda dördüncü qol vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi yenidən hesabı bərabərləşdirib - 2:2.
Umarali Raxmonaliyev 74-cü dəqiqədə fərqlənib.
22:12
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.
TodayPress TV xəbər verir ki, qonaqlar yenidən hesabda önə keçib - 2:1.
21:31
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.
38-ci dəqiqədə Kristian Nvaçukvu fərqlənib.
21:05
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.
TodayPress TV xəbər verir ki, matçda ilk qolu qonaqlar vurub.
10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.
20:45
Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.