NƏHƏNGLƏRİN SAVAŞI: PSJ–“BAVARİYA” VƏ “ARSENAL”–“ATLETİKO”

NƏHƏNGLƏRİN SAVAŞI: PSJ–“BAVARİYA” VƏ “ARSENAL”–“ATLETİKO”
16.04.2026 12:35 UEFA

UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə 71-ci buraxılışın yarımfinal mərhələsinin iştirakçıları və oyun cədvəli dəqiqləşib.


Yarımfinal mərhələsi 28 aprel tarixində "Pari Sen-Jermen" – "Bavariya" qarşılaşması ilə start götürəcək.


“BAVARİYA” TARİXİ BAXIMDAN ÜSTÜN OLSA DA,

Son illərdə Avropa turnirlərində tez-tez qarşılaşan bu komandalar artıq klassik rəqabətə çevrilib. Onların arasında keçirilən 15 oyunda heç-heçənin qeydə alınmaması diqqət çəkən əsas statistik məqamdır. Ümumilikdə "Bavariya" 9 qələbə ilə üstünlük təşkil edir. Bu cütlükdə oyunların çoxu “açıq futbol” və yüksək tempdə keçir və nəticələr adətən kiçik detallarla müəyyən olunur. Hazırkı qiymətləndirmələrə görə, Almaniya təmsilçisi 55/45 nisbəti ilə bir qədər üstün sayılır.

ÇL-DƏ İNTRİQA PİK HƏDDƏ 

Digər yarımfinal cütündə isə “Atletiko Madrid” və “Arsenal” üz-üzə gələcək. İlk oyun 29 aprel tarixində Madriddə baş tutacaq.


Bu komandalar cari mövsümün ümumi mərhələsində artıq qarşılaşıblar və həmin görüşdə “Arsenal”ın 4:0 hesablı inamlı qələbəsi qeydə alınıb. Bu nəticə oyun üslubları arasındakı fərqi açıq şəkildə göstərir: “Atletiko” daha çox müdafiəyə üstünlük verir, “Arsenal” isə sürətli hücumlarla rəqibə təzyiq yaradır.

Statistik qiymətləndirmələrə əsasən, “Arsenal” bu cütün favoriti hesab olunur və şanslar 60/40 nisbətində London klubunun xeyrinə qiymətləndirilir. Bununla belə, Madrid təmsilçisinin oyunu “bağlamağı” bacardığı halda sürpriz nəticə istisna edilmir.

Namiq HUN

XƏBƏR LENTİ
03 IYUN 2026
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 Bütün Xəbərlər