Argentina Prezidenti “xurafat”a görə finala getmədi

Argentina Prezidenti “xurafat”a görə finala getmədi
18.07.2026 20:20 Dünya

Argentina Prezidenti Xavyer Miley futbol üzrə dünya çempionatının final oyununu stadiondan izləməkdən imtina edib.

TodayPress TV xəbər verir ki, Argentina lideri qərarını xurafatla əlaqələndirib. O bildirib ki, milli komandanın əvvəlki oyunlarını Buenos-Ayres yaxınlığındakı Olivos prezident iqamətgahından izləyib və uğur gətirdiyinə inandığı bu ənənəni dəyişmək istəmir.

Miley dünya çempionatının finalını da həmin iqamətgahdan izləyəcəyini açıqlayıb.

Bununla yanaşı, İspaniyanın Baş naziri Pedro Sançesin final matçını stadiondan izləməsi gözlənilir.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər