Fransızlar erməni qonaqlarından üzr istədilər - SƏBƏB

Fransızlar erməni qonaqlarından üzr istədilər - SƏBƏB
18.07.2026 20:39 Dünya

Fransanın Ermənistandakı səfirliyi Milli Bayram qəbulu zamanı qonaqların zəhərləndiyini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, diplomatik nümayəndəlik iyulun 14-də Milli Bayram münasibətilə təşkil olunan qəbulda iştirak edən bəzi qonaqlarda qida zəhərlənməsi əlamətlərinin müşahidə olunduğunu açıqlayıb.

Bildirilib ki, hadisənin səbəblərinin araşdırılması üçün Ermənistanın Səhiyyə Nazirliyinə müraciət edilib.

Səfirlik baş verən narahatlığa görə qonaqlardan üzr istəyib və tədbirdə iştirak etdikdən sonra oxşar əlamətlər hiss edən şəxsləri diplomatik nümayəndəliklə əlaqə saxlamağa çağırıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər