Hulusi Akar F-35 məsələsindən danışdı

Hulusi Akar F-35 məsələsindən danışdı
18.07.2026 21:57 Dünya

Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar Ankara ilə Vaşinqtonun Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri məsələsində qarşılıqlı anlaşmaya gəldiyini və yaxın vaxtlarda müsbət irəliləyişlərin gözlənildiyini bildirib.

TodayPress TV  xəbər verir ki, Akarın sözlərinə görə, S-400 məsələsi həll olunduqdan sonra Türkiyə yenidən F-35 qırıcılarının istehsal proqramına qoşula bilər.

O qeyd edib ki, Türkiyənin bu məsələdə mövqeyi güclüdür. Çünki ölkənin müdafiə sənayesi daha əvvəl F-35 qırıcıları üçün təxminən min adda komponent istehsal edirdi.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər