Hörmüzü kənarda qoyacaq marşrut - Suriya və İraqdan yeni MEMORANDUM

Hörmüzü kənarda qoyacaq marşrut - Suriya və İraqdan yeni MEMORANDUM
18.07.2026 23:47 Dünya

Suriya və İraq arasında iki ölkəni birləşdirən neft kəmərinin bərpası və yenidən istismara verilməsini nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalanıb.

TodayPress TV xəbər verir ki, sənəd Suriyanın müharibədən sonrakı bərpa prosesində mühüm addım kimi qiymətləndirilir və ölkənin regional nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsinə xidmət edəcək.

Bundan əlavə, sözügedən marşrutun Hörmüz boğazına alternativ ixrac dəhlizi kimi istifadə olunacağı, bunun da İraqa neftini dünya bazarına çıxarmaq üçün əlavə imkan yaradacağı bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər