Hörmüz boğazı ilə bağlı kritik açıqlama: Dünyanı narahat edən ÇAĞIRIŞ

Hörmüz boğazı ilə bağlı kritik açıqlama: Dünyanı narahat edən ÇAĞIRIŞ
19.07.2026 00:40 Dünya

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) regionda son günlər artan gərginlikdən dərin narahatlığını ifadə edib və tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

TodayPress TV xəbər verir ki, BƏƏ bəyanatında bütün tərəfləri maksimum təmkin göstərməyə, vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa və qısa müddətdə danışıqlar masasına qayıtmağa çağırıb.

Bəyanatda həmçinin Hörmüz boğazında təhlükəsiz və fasiləsiz gəmiçiliyin qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıdığı vurğulanıb. BƏƏ məktəblər, xəstəxanalar, duzsuzlaşdırma qurğuları və enerji obyektləri kimi mülki infrastruktura endirilən zərbələri beynəlxalq hüququn ciddi pozuntusu adlandıraraq bu cür hücumların qəbuledilməz olduğunu bildirib.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər