FIFA referisi UEFA-dan təyinat aldı

FIFA referisi UEFA-dan təyinat aldı
25.09.2025 14:34 UEFA

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Kamal Umudluya bu işdə laysmanlar Namik Hüseynov və Rəhman İmami kömək edəcək. 4-cü hakim funksiyasını isə qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 26-da Çimkənd şəhərinin “Namys” stadionunda keçiriləcək “Ordabası” – “Dinamo” görüşü Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər