Türkiyə Ermənistan məsələsində Bakı olmadan addım atmayacaq
Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla sıx məsləhətləşmələr və koordinasiya şəraitində davam etdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin 2026-cı il üzrə fəaliyyət proqramında qeyd olunub.
Sənəddə bildirilir ki, regionda uzunmüddətli sabitliyin, rifahın və təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma prosesləri əlaqələndirilmiş şəkildə irəlilədilməlidir.
Qeyd olunub ki, Ankara bundan sonra da Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atacağı addımları Azərbaycanla sıx koordinasiya şəraitində həyata keçirəcək.
Kübra Musayeva