Küləkli havada dənizdə üzmək istəyən gəncin faciəvi sonu
Mərdəkanda 22 yaşlı gənc dənizdə batıb.
Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.